“Ulduz” jurnalının 2018-ci ildə işıq üzü görən ilk nömrəsində maraqlı yazılar yer alıb.
Jurnalda müəllif yazıları ilə yanaşı, Cəlal Məmmədovun hazırladığı böyük rus ədiblərinin aforizmlərinə də yer verilib.
“Şeir vaxtı” bölməsində Balayar Sadiqin “Qızılbaş fəsli” poeması, Mehman Rəsulov, Tural Turan, İntiqam Yaşarın poeziya nümunələri yer alıb. “Esse” rubrikasında Cavanşir Yusiflinin “İşıq qapısından keçəndə… yaxud Xudu Məmmədovun çıxışı”, İbrahim İbrahimlinin “Ağ şeir” yazıları yer alıb. “Nəsr” bölməsində Çinarə Ömrayın “Şəkil”, Tural Sahabın “Qanlı təpə” hekayələri çap olunub.
“Tribuna” rubrikasında qonaqları Abid Tahirlinin “Vətən sevgisi- “Vətən” cəmiyyəti” yazısı və Ramiz Göyüşovun “Bir gün olur itirərsiz Vaqifi…” məqaləsi dərc olunub.
Jurnalın “Debüt” rubrikasında Fəridə İlk Canın şeirləri verilib.
“Dərgidə kitab” bölməsində “Sirr” sərlövhəsi ilə Elşad Baratın hekayələri yer alıb.
Jurnalın baş redaktoru Əməkdar Jurnalist Qulu Ağsəsdir.
azertag.az