"Xəzərdə turist səfərlərinin təşkili üçün Rusiya tərəfindən gəmilər hazırlanır".
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir əlavə edib ki, artıq bununla bağlı bir neçə layihə müzakirə olunub: "Turist səfərlərinin vaxtı yaya doğru məlum olacaq. Düşünürəm ki, yay fəslində biz həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqlar üçün Xəzər dənizində maraqlı gəzintilər təşkil edəcəyik".
report.az