Dünya şöhrətli ulduz Cennifer Lopez bayram günlərində “Araz FM” radiosunun qonağı olacaq.
Bu barədə məlumatı radionun baş redaktoru Səxavət Nur məlumat verib.
Bayram günlərində sözügedən radionun dinləyiciləri dünya şöhrətli ulduzun həqiqi müsahibəsini dinləyəcəklər. Əcnəbi sənətçi Məzahir dayının qonağı olacaq:
“2012-ci il dünya sakinləri üçün olduqca maraqlı və yaddaqalan oldu. Çünki məhz bu ildə insanlar dünyanı itirmək qorxusu ilə üzləşdilər. 2012-ci il insanlara dünyanı sevməyi, qorumağı öyrətdi. Üzümüzə gələn il planetlərin bayramıdır. Yeni ildə “Araz” radiosunun əməkdaşları dünya ölkələrinin dilində bütün dünyanı salamlayacaq, təbrik edəcək”.
Səxavət Nurun sözlərinə görə, dinləyicilər yapon, özbək, ingilis, indoneziya və daha bir çox dillərdə təbrik və salamlaşmanı dinləyəcəklər. Bundan başqa məşhur dünya ulduzu Cennifer Lopezin radionun vaxtaşırı dinləyicisi olan Məzahir dayının təqdimatında olan proqramda müsahibəsini dinləyəcəklər.
Bir çox ölkələrdə qeyd olunan Yeni il şənlikləri və ötən əsrdə öz möhtəşəmliyi ilə unudulmazlar siyahısında olan canlı konsertlər “Araz FM” radiosunda səslənəcək.
Gün.Az