Arı yuvasında mum güvəsi adlanan böyük və kiçik həşərat yaşayır. Arı üçün zərərverici olan həmin həşərat qiymətli xammal, müalicəvi, həm də eksklüziv arı məhsuludur. Yüz ildən artıqdır ki, mum güvəsinin ekstraktı hazırlanaraq müalicəvi bioloji aktiv maddə kimi istifadə edilir.
Mum güvəsi yeganə həşəratdır ki, onun süfrələri yalnız mum və digər arı məhsulları ilə qidalanır. Qədim Misirdə fironların xanımları mum güvəsinin süfrələrindən hazırlanmış maddələrdən öz gözəlliklərini qorumaq və uzun müddət cavan qalmaq üçün istifadə edirdilər.
Mum güvəsinin ekstraktı orqanizmdə bir çox bərpa proseslərini gücləndirir. Onun preparatları qadınlarda hamilə qalmaq, kişilərdə spermatozoidlərin say və hərəkətliyini artırmaq üçün istifadə olunur. Bir sıra xəstəliklər, xüsusən də öd yollarının infeksiyaları zamanı iltihab əleyhinə güclü təsir göstərir.
XIX əsrin axırlarında rus alimi İlya Meçnikov mum güvəsinin ekstraktından ağciyər vərəminin müalicəsində uğurla istifadə edib. Mum güvəsinin süfrələri mumu əridərək qidalanır. Oxşar mumabənzər maddələr vərəm çöplərinin örtük qişasında da var. Həmin süfrələrin ekstraktı vərəm mikrobakteriyalarını əridərək onların məhv olmasını sürətləndirir. Arı güvəsinin ekstraktının tərkibindəki sereza fermenti tənəffüs yollarını təmizləyir və bronxial xəstəliklərdə yüksək səmərə verir. Arıçılar və türkəçarə müalicə üsulu ilə müalicə aparanlar lap qədim zamanlardan ekstraktın cavanlaşdırıcı xüsusiyyətindən istifadə ediblər.
azertag.az