14883 nağara, 15 dəqiqə və yeni rekord - FOTO
7.1.2013

Hindistanda 14883 yeniyetmə və gənc nağaraçı yeni rekord vurub.

Hindistanın Assam ştatının milli zərb aləti olan "hol" nağarası götürmüş 14883 nəfər 15 dəqiqə ərzində ifanı gerçəkləşdirib.

Titabar şəhərindəki bu ifa Hindistanın milli rekordudur.
Assamlı nağaraçılar ümid edirlər ki, onların əməli Ginnesin Rekordlar Kitabına da düşəcək.

Quvahati şəhərindən şərqdəki Tiabardakı holçular çinli "rəqib"lərini üstələmək istəyirlər. Çünki 2002-ci ilin iyul ayında Honkonq şəhərində 10102 nəfəri eyni vaxtda təbil çalmış və dünya rekordu vurmuşdular.

Milli.Az