Həndbol üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
13.2.2018

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “ABU Arena”da həndbol üzrə 10 komandanın iştirakı ilə 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında açıq Bakı birinciliyi keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, yarışda 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası qalib olub. “Mingəçevir” yarışın gümüş, “Qazax” isə bürünc medalını əldə edib.

Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.

azertag.az