Fəxriyə Xələfova yeni ətrini təqdim edəcək
7.1.2013

Tanınmış modelyer Fəxriyə Xələfova yeni kolleksiyalar üzərində işləyir. Ziyafət geyimlərində özünü təsdiq edən xanım bu il gündəlik geyimlər və gəlinliklər kolleksiyası ilə fəaliyyətini davam etdirəcək.

Yeni kolleksiyaları ilə bağlı eksklüziv olaraq show.az-a açıqlama verən Fəxriyə Xələfova hazırladığı geyimləri satışa çıxaracağını da deyib: “Adətən kolleksiyalarımı daha çox nümayişlər üçün hazırlayıram.

Amma bu ildən mağaza şəraitində fəaliyyət göstərəcəyik. Gündəlik və gəlinlik libaslarına da tələbat çox olduğuna görə düzgün seçim etdiyimi düşünürəm”.Fəxriyyə Xələfova yeni ətir üzərində də işləyir: “Bu ətir həm qadınlar, həm də kişilər üçün nəzərdə tutulub. Hazırda laboratoriya işləri gedir. Digərləri kimi bu ətirlər də qeyri-adi qoxusu ilə seçiləcək. Tamamilə fərqli notlarda hazırlanır. Xanımlar üçün olan ətri mart ayında Qadınlar Gününə hədiyyə etmək istəyirəm.

Big.az