Yod insan orqanizmi üçün həyati vacib mineraldır. Yod qalxanvari vəzi hormonlarının sintezində böyük rol oynayır.
Bu hormonlar orqanizmin bir çox vacib funksiyalarına təsir edir. Yodun çatışmazlığı qalxanvari vəzinin fəaliyyətini pozur, hipotireozun inkişafına səbəb olur.
2017-ci ildə keçirilmiş araşdırma göstərib ki, dünyada yaşayan insanların 1/3 hissəsində yod çatışmazlığı mövcuddur.
Sizə orqanizmdə yod əskikliyinə işarə edə bilən 8 simptom təqdim edirik.
1. Bədən çəkisinin kəskin və "səbəbsiz" artması.
Əgər insan qidalanmada heç bir dəyişiklik etməyibsə, lakin buna baxmayaraq onun çəkisi artırsa, bu yod çatışmazlığına işarə edə bilər.
2. Zəiflik hissi.
Yod çatışmazlığı zamanı metabolizm zəifləyir ki, orqanizm qidadan daha az enerji alır. Nəticədə insan zəiflik hiss etməyə başlayır.
3. Səbəbsiz yorğunluq.
İnsan normal dincəlir, lakin buna baxmayaraq daim özünü yorğun hiss edirsə, bu yod əskikliyinə işarə edə bilər.
4. Saçların tökülməsi.
Qalxanvari vəzi hormonları saçların vəziyyətinə ciddi təsir edir. Yod əskikliyi zamanı hormonlar azalır və bu da o cümlədən saçların gec uzanmasına, tökülməsinə, zəifləməsinə səbəb olur.
5. Quru dəri.
Qalxanvari vəzi hormonları dəri hüceyrələrinin yenilənməsində iştirak edir. Yod çatışmazlığı dərinin yenilənməsi prosesini zəiflədir ki, dəri quru olur, qabıq verməyə başlayır.
6. Daimi üşümə.
Qalxanvari vəzi hormonlarının çatışmazlığı metabolizmin zəifləməsinə gətirib çıxardır ki, insan tez-tez üşüməyə başlayır.
7. Yaddaş və öyrənmə problemləri.
Yod çatışmazlığı beyinin normal fəaliyyətinə mənfi təsir edir, xüsusilə yaddaş və yeni biliklərin mənimsənilməsində problemlər yaradır.
8. Menstruasiyaların pozulması.
Yod çatışmazlığı menstrual dövründə problemlər yaradır, menstruasiyalar daha ağrılı olur.
saglamolun.az