Fevralın 15-də Rusiya Federasiyasının Bakıdakı səfirliyində Azərbaycan KİV nümayəndələrinin illik mükafatlandırılması mərasimi keçirilib.
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşyov mərasimdə çıxış edərək
Rusiya-Azərbaycan əlaqələrini yüksək səviyyədə işıqlandırdıqlarına görə media nümayəndələrinə təşəkkür edib. O, Rusiya diplomatiyasının açıq olduğunu və milli maraqlarına əsaslanaraq siyasət yürütdüyünü bildirib, bu məsələdə oxuculara etibarlı məlumatlar çatdırmaq baxımından mətbuatın mühüm rol oynadığını vurğulayıb.
Sonra tədbirdə müvəqqəti işlər vəkili Azərbaycanın bir sıra KİV-lərinin nümayəndələrinə, o cümlədən tanınmış publisist-politoloq Reyhan Mirzəzadəyə Rusiya-Azərbaycan münasibətlərinə dair maraqlı yazılarına görə diplom təqdim edib.
azertag.az