Azərbaycanın xalq artisti Leyla Bədirbəylinin ad günüdür
8.1.2013

Azərbaycanın xalq artisti Leyla Bədirbəyli 8 yanvar 1923-cü ildə Bakı şəhərində anadan olub. 1942-1975-ci illərdə Akademik Milli Dram Teatrında, 1975-1994-cü illərdə isə «Azərbaycanfilm» kinostudiyasında işləyib. Sənətkar «Arşın mal alan», «Koroğlu», «Dəli Kür», «Onun böyük ürəyi» və s. filmlərdə rol alıb. Azərbaycanın xalq artisti, respublika və SSRİ dövlət mükafatları laureatı idi. Azərbaycanın görkəmli aktrisası, xalq artisti Leyla Bədirbəyli 23 noyabr 1999-cu ildə vəfat edib.

ANS PRESS