Lionel Messi dördüncü dəfə bu mükafatı qazandı!
«Barselona» klubunun forvardı Lionel Messi «Qızıl top-2012» mükafatına sahib olduqdan sonra bildirib:
«Doğrusu, bu mükafatı ardıcıl olaraq dördüncü dəfə almaq heyrətamizdir. Eyni zamanda Andres İnyestanı qeyd etmək istəyirəm - səninlə bir komandada oynamaq, məşq etmək mənimçün böyük şərəfdir.
Bu mükafatın sevincini «Barselona»dakı həmkarlarımla, xüsusilə bü gun Andreslə, Argentina millisindəki dostlarımla, mənimlə işləyən hər kəslə - baş məşqçilərlə, heyətlə və əlbəttə ki, dostlarımla, ailəmlə, xanımım və oğlumla bölüşmək istəyirəm».
Qeyd edək ki, 25 yaşlı forvard «Qızıl top»a dörd dəfə sahib olan ilk futbolçudur.
Bu mükafatı 3 dəfə Mişel Platini, Yohan Kroyff və Marko van Basten alıblar.
milli.az