Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında ekranlaşdırılan "IX korpus" qısametrajlı sənədli filminin çəkilişləri başa çatıb.
Ekran əsərinin rejissoru Tahir Əliyevdir. "IX korpus" qısametrajlı filmi keçmiş Yuqoslaviyada alman faşistlərinə qarşı mübarizə aparan korpusun daxilində "Russkaya çetna" adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan bəhs edir.
2013-cü ildə filmin təqdimatının keçirilməsi planlaşdırılır.
Milli.Az