Matın 14-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert təşkil olunacaq.
Konsertdə sevilən müğənnilərin ifasında bəstəkarın bir-birindən gözəl mahnıları səslənəcək. İfaçıları Əməkdar kollektiv Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına və Niyazi adına orkestrləri müşayiət edəcəklər.
Qeyd edək ki, Səid Rüstəmov musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri kimi tanınır. O, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrlarının hazırlanması işinə də xüsusi diqqət yetirib.
S.Rüstəmovun pedaqoji fəaliyyətinin mühüm bir dövrü Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası ilə bağlı olub. O, bu mötəbər ali musiqi təhsili ocağında xalq musiqisi kafedrasını yaradıb. Dahi Üzeyir Hacıbəylinin vəfatından sonra 1953-cü ilədək Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilib.
azertag.az