Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib.
Sərgi “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi-bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəslə ötürülməsi məqsədilə təşkil olunub.
Müsabiqəyə qatılmaq istəyən iştirakçılar yaratdığı tablonun fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə martın 3-dək Xətai Sənət Mərkəzinə göndərməlidir.
Müsabiqəyə 15 yaşadək uşaq və yeniyetmələr ən çox 3 əsər təqdim etməklə qatıla bilər.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Müsabiqəyə yeni yaradılmış əsərlər təqdim olunmalıdır. Birinci turdan keçmiş əsərlər sərgilənəcək. Müəlliflərə diplom və təşəkkürnamələr təqdim ediləcək.
azertag.az