Bu sürücülər 50 manatadək cərimələnəcək - Yeni qanun layihəsi
21.2.2018

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan sürücülər nasaz taksometrlərə (yoll haqqını hesablayan taksi sayğacı) görə cərimə olunacaqlar. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov bildirib.

Millət vəkilinin sözlərinə görə, bununla bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq.

V.Hüseynov bildirib ki, yeni qanun layihəsinə əsasən, nasaz və ya plombası pozulmuş taksometrlə sərnişin daşıyan taksiləri 40 manatdan 50 manatadək məbləğdə cərimə gözləyir.

trend.az