Fevralın 24-də Bakı Xətai Sənət Mərkəzində “Unudulmaz dərdimiz Qarabağ” adlı rəsm sərgisi açılacaq. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Ziya” İnsan Hüquqlarının Müdafiə Mərkəzi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə reallaşacaq.
Bu barədə sərginin təşkilatçısı, gənc rəssam Aygün İsgəndərova məlumat verib. Onun sözlərinə görə, sərgidə 100-dən çox rəssamın təsviri və tətbiqi sənətin bütün növləri üzrə 150-dən artıq işi nümayiş olunacaq. Tədbirdə müxtəlif yaş qruplarında rəssamlar və dekorativ sənət ustaları iştirak edəcəklər.
azertag.az