Tokio Universitetinin alimləri insan dərisində qala bilən olduqca nazik, elastik işıq diodlu displey yaradıblar.
Yaponiyanın NHK telekanalına istinadən, displey video və mətn məlumatlarına baxmağa imkan verir. Bununla belə, o, hətta insan bədəninin hərəkətli hissələrində də qala bilir və insana heç bir narahatlıq yaratmır.
Zahiri görünüşdən displey yara bantını xatırladır. Onun eni cəmi 11 millimetr təşkil edir, ölçüsü isə 6x10 santimetrdir.
Tərtibatçıların sözlərinə görə, yenilik məlumata çıxışı asanlaşdıracaq və gündəlik həyatın keyfiyyətini yaxşılaşdıracaq.
Bundan öncə də xəbər verilib ki, Massaçusets Texnologiya İnstitutunun alimləri havadan elektrik enerjisi almağın yollarını tapıblar. Sonradan onun köməyi ilə smartfonları enerji ilə doldurmaq mümkün olacaq.
lent.az