Gənc Tamaşaçılar Teatrı həftəsonu maraqlı tamaşalar təqdim edəcək
22.2.2018

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu kiçik və böyük yaşlı tamaşaçıları üçün maraqlı, bir-birindən rəngarəng və məzmunlu tamaşalar hazırlayıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, fevralın 24-də məktəblilər üçün gündüz saat 12:00 və 14:00-da “Məlikməmmədin nağılı”, fevralın 25-də eyni saatlarda C.Sviftin “Qulliver cırtdanlar ölkəsində” tamaşaları təqdim ediləcək.

Fevralın 23-də isə T.Vəliyevanın “Cəza” təkadamlıq dramı nümayiş olunacaq. Kollektiv fevralın 24-də İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”, fevralın 25-də isə S. Elsevərin “Arzu və Murad” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar saat 19:00-da nümayiş olunacaq.

Tamaşalarda obrazları teatrın tanınmış və istedadlı aktyorları Xalq artistləri Yasin Qarayev, Tariyel Qasımov, Əməkdar artistlər Kəmalə Hüseynova, Naibə Allahverdiyeva, Elşən Rüstəmov, Nofəl Vəliyev, Sövqi Hüseynov, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Zülfiyyə Alhüseynova, Elşən Hacıbabayev, Müşfiq Əliyev,Anar Seyfullayev, Venera Abbasova, Güşvər Şərifova, Mehriban Hüseynova və başqaları ifa edəcəklər.

Tamaşalara biletləri mərkəzləşmiş kassalardan və “ASAN xidmət” mərkəzinin filiallarından əldə etmək olar.

azertag.az