Bakıda Cənubi Afrika Respublikasının biznes və investisiya imkanları təqdim olunacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, fevralın 28-də Bakı Biznes Mərkəzində Cənubi Afrika Respublikasının ticarət və investisiya imkanlarına dair təqdimat keçiriləcək. Təqdimat mərasimində Cənubi Afrika Respublikasının ölkəmizdəki səfiri Pule İsaak Malefanenin və iş adamlarının iştirakı nəzərdə tutulur.
azertag.az