“Canon” şirkəti “CES” sərgisində daxili “Wi-Fi” moduluna malik “PowerShot ELPH 130IS” yığcam kamerasını təqdim edib.
Kamera foto və videoları dərhal fərdi kompüter, planşet və ya smartfona yükləməyə imkan verir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, yenilik 16 meqapikselli sensor, “DIGIC 4” prosessoru, HD video yazma imkanı, optik sabitləşmə funksiyasına malik 28 millimetrli obyektiv, 8 dəfə böyüdən zum ilə təchiz edilib. Kamera fevralda satışa çıxarılacaq, onun qiyməti təxminən 200 dollar təşkil edir.
Milli.Az