Martın 9-10-da Bakıda Avropa Uşaq Ortopediyası Cəmiyyətinin regional kursu keçiriləcək.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, kurs travmatoloq, ortopedlər, eləcə də “Travmatologiya-ortopediya” ixtisası üzrə təhsil alan həkim-rezidentlər üçün təşkil edilir.
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında kurs Davamlı Tibbi Təhsil tədbiri kimi akkreditasiya olunub.
azertag.az