İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunda işgüzar forum keçirib.
İqtisadiyyat Nazirliyinə istinadən verilən xəbərə görə, tədbir çərçivəsində Qax rayonu üzrə sahibkarlıq subyektlərindən startap layihələri, bağçılıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, sənaye üsulu ilə bal emalı və qablaşdırılması müəssisəsinin, tütün emalı müəssisəsinin və quru tütün saxlanılması üçün anbarın və otelin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
report.az