“Nar” və “Microsoft Imagine Cup”ın startapı fəaliyyətə başlayıb
26.2.2018

Gənc kadrların formalaşmasına, onların bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən “Nar” operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək verməyə davam edir.

Bu barədə "Nar"ın yaydığı məlumatda bildirilir.

Məlumatda həmçinin deyilir ki, milli mərhələ çərçivəsində komandalar layihələrini ekspertlərdən ibarət olan münsiflər heyətinə təqdim edəcəklər. Sözügedən turun qalibləri “Imagine Cup 2018”-in ABŞ-da keçiriləcək finalında iştirak etmək, layihənin gələcək inkişafı üçün nəzərdə tutulan və müsabiqənin əsas mükafatı sayılan 100 000 ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı əldə edəcəklər.

“Imagine Cup 2018” müsabiqəsinin Milli turu çərçivəsində münsiflər heyəti unikal fikirlər, yenilikçi texnoloji həllər, öz layihələrini layiqincə təqdimetmə bacarığını qiymətləndirəcək, gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olacaqlar. Ərizələrin onlayn təqdim edilməsi mərhələsi bu gün yekunlaşır. Burada layihənin təsviri, prototipi və onun inkişafının yaxın perspektivləri öz əksini tapmalıdır. Bu il əlavə olaraq daha 3 nominasiya üzrə seçim aparılacaq: “Mixed Reality”, “Artificial Intelligence”, “Big Data”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil, Gənclər və İdman Nazirlikləri, Müəllif Hüquqları Agentliyi, “Microsoft Azerbaijan” şirkəti, “Paşa Bank” ASC və “Nar”-ın ənənəvi olaraq dəstəklədiyi “Microsoft Imagine Cup” dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6 500-dən artıq baza stansiyası ilə 2 mln.dan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

report.az