Amerikalı alimlər insan gözünün bənzərini yaradıblar
27.2.2018

ABŞ-ın Harvard Universitetinin nəzdində fəaliyyət göstərən Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin (SEAS) alimləri elektron qaydada idarə edilən süni göz yaradıblar.

Kvadrat metalinza, polimer və elektrodlardan hazırlanan süni əzələlərdən yaradılmış süni göz insan gözünün iş prinsipinə əsasən işləyir. İnsan gözündə olduğu kimi, fokus linzanın sıxılması və gərilməsi üzrə nizamlanaraq ətrafdakı obyektləri fərqləndirir. Süni göz astiqmatizm kimi gözün optik sisteminin qüsurlarını düzəltmək bacarığına malikdir.

Alimlərin sözlərinə görə, bu ixtira yalnız oftalmologiya sahəsində deyil, həm də mikroskop və virtual reallıq eynəklərində də tətbiq edilə bilər.

azertag.az