Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşasını təqdim edib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş edilən səhnə əsəri Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunub.
Səhnə əsərində erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir.
Tamaşada aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.
azertag.az