Bakıda Moldova ədəbiyyatı günləri keçiriləcək
27.2.2018

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə martın 1-dən 3-dək Bakıda Moldova ədəbiyyatı günləri keçiriləcək.

Nazirlikdən bildirilib ki, ədəbiyyat günləri çərçivəsində mərkəzin dəvəti ilə Bakıya gələcək Arkadi Suçevyanu, Vüqar Novruzov, İqor Volnitski, Leo Butnaru, Nikolae Spetaru kimi Moldovanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərindən ibarət nümayəndə heyəti ilə görüşlər təşkil olunacaq.

Moldova ədəbiyyatı ilə bağlı, Kişineuda Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən nəşrlər təqdim olunacaq.

Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” jurnalı Moldova ədəbiyyatı “xüsusi sayı”, Arkadie Suçevianunun “Qağayı ilə göndərilən məktub” şeir toplusu, İqor Volnitskinin ”Mənə ölməyi öyrət” kitabının müzakirə və təqdimatları, Moldova poeziya gecəsi, eləcə də bir sıra maraqlı görüşlər, tədbirlər planlaşdırılır.

azertag.az