Binəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
28.2.2018

Binəqədi rayonunda müəyyən olunmuş tədbirlər planına əsasən abadlıq-quruculuq işləri davam etdirilir.

Bu barədə rayon icra hakimiyyətindən məlumat veriblər.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin edilməsi sahəsində aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi şosesindəki 1-ci küçədə yolda təmir işləri davam etdirilir.

Rayonda 8-ci mikrorayondakı İ.Dadaşov küçəsi 91 nömrəli binanın dam hissəsinə tol örtüyü vurulub, 7-ci mikrorayonda A.Kunanbayev küçəsi 9/25 nömrəli yaşayış binasının həyətində istirahət parkında işıqlandırma şəbəkəsinə texniki qulluq göstərilib.

Bakı-Sumqayıt yolunun Motodrom yaşayış massivi hissəsində yol kənarı dekorların cari təmir işləri aparılıb.


azertag.az