Fərda Xudaverdiyev yeni filmə çəkilir
10.1.2013

Yaratdığı komik rollarla daim gündəmdə olan aktyor Fərda Xudaverdiyev yeni filmə çəkilir. Aktyor açıqlamasında "Ögey ata" adlanan filmin artıq çəkilişlərinə başlandığını bildirdi. Filmdə baş rolu oynayan komediya aktyoru eyni zamanda filmin ssenari müəllifidir. Filmdə bir çox məşhurlar rol alıblar.

F.Xudaverdiyev yeni obrazının daha uğurlu olacağına inanır: "Etiraf edim ki, "Ögey ata" filmində yaratdığım Kəramət obrazı, bundan öncə yaratdığım obrazlardan daha çox seviləcək. "Toy"da Daşdəmir, "İnter papa"da Məqsəd, "Niyə"də Asiman obrazlarından 3 dəfə artıq səs-küy salacaq və seviləcək. Bu filmdən çox şey gözləyirəm".

Komediya aktyoru filmin ən son avadanlıqlarla çəkildiyini deyir: "Daha sonra kinolentə köçürüləcək. Hazır olandan sonra isə tamaşaçılar "Ögey ata"nı video-prokatlarda deyil, kinoteatrlarda izləyəcəklər".

Milli.Az