“Enginet” şirkəti “BİRLink” brendinin Facebook səhifəsində Novruz bayramı ilə əlaqədar milli oyun keçirəcək. “Xonça” milli oyununda “Birlink”in Facebook istifadəçiləri ballar toplayaraq, müxtəlif dəyərli hədiyyələr qazanacaqlar.
Mart ayının 1-dən “BİRLink”-in facebook səhifəsində başlanacaq “Xonça” milli oyununda facebook istifadəçiləri Bahar qızı vasitəsilə öz xonçalarına Novruz şirniyyatları toplayacaqlar. Hər şirniyyatın istifadəçiyə verdiyi ballar toplanaraq, həftə ərzində ən yüksək balın qalibinə mükafat qazandıracaq. Novruz bayramı ərəfəsində keçiriləcək facebook yarışmasında hər həftə bir qalib “Birlink” tərəfindən mükafatlandırılacaq. Əgər Sizdə iştirakçı qismində özünüzü sınamaq istəyirsinizsə linkə keçid edib, iştirak edin və qalib olun.
Qeyd edək ki, Enginet şirkətinə məxsus “BİRLink” brendi xidmət keyfiyyətinə zəmanət verilən, bir xətt üzərində İnternet, Televiziya ,Telefoniya və digər xidmətləri təqdim edən multiservisli genişzolaqlı şəbəkədir. “BİRLink”in missiyası innovativ texnologiyalar vasitəsi ilə Azərbaycanın bütün ərazisində əhaliyə internet üzərindən təhlükəsiz, yüksək keyfiyyətli və əlçatan xidmətlər göstərməkdir.
Daha ətraflı məlumat əldə etmək üçün : *1199
www.birlink.az
trend