Martın 3-də Bakı Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin əl işlərindən ibarət “Baharı birlikdə qarşılayaq” adlı sərgi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq sərgidə 30-dək şagirdin 70-dən çox rəsm əsərinin nümayişi nəzərdə tutulur. Sərginin sonunda qaliblər diplom və hədiyyələrlə təltif olunacaq.
azertag.az