Musiqili Teatrda mart ayının ilk həftəsində maraqlı tamaşalar nümayiş olunacaq
2.3.2018

Azərbaycan Dövlət Musiqili Teatrında mart ayının ilk həftəsonunda maraqlı tamaşalar nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, teatrsevərlərə martın 2-də “Ər və arvad”, 3-də “Amerikalı kürəkən”, 4-də isə “Molla Nəsrəddinin beş arvadı” tamaşaları təqdim ediləcək.

Teatr həmişə olduğu kimi, bu dəfə də balaca tamaşaçılarının zövqünü oxşayan macəra dolu, rəngarəng süjet xətti olan nağıl-tamaşaları ilə onların yolunu gözləyir. Martın 3-də ana dilimizdə “Qırmızı papaq”, 4-də isə rusdilli balacalar üçün “Yağış göbələyinin macərası” tamaşaları göstəriləcək.

Səhnə əsərlərində sevimli aktyorlar – Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Almaz Ələsgərova, Nahidə Orucova, Səmayə Musayeva, Novruz Qartal, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Nadejda Povelitsina, Yuliya Heydərova, Marina Litvinenko, Rauf Babayev, Gülnarə Əzizova, İbrahim Əlizadə, Gültac Əlili, Elnarə Nağdəliyeva, Telnaz Hüseynova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Elçin İmanov, Əmrah Dadaşov, Pərviz Məmmədov, Eleanora Mehdiyeva, Fərid Rzayev və başqaları iştirak edirlər.

Tamaşaları seyr etmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

azertag.az