Türk yazıçısının Dağlıq Qarabağla bağlı əsəri “Azərbaycan” jurnalında
2.3.2018

Tanınmış Türkiyə yazıçısı Zeynalabidin Makasın “Muradı gözündə qalanlar” adlı əsərindən bir hissə Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı olan “Azərbaycan” jurnalının fevral sayında dərc edilib.

Dağlıq Qarabağla bağlı əsərdə Xocalı faciəsinin ağrı-acıları da yer alıb. Əsərin jurnalda dərc olunan hissəsini Azərbaycan dilinə şair-tərcüməçi Qardaşxan Əzizxanlı çevirib.

azertag.az