Şəbəkədə LG-nin yeni flaqmanı – G7 smartfonunun görüntüləri əks olunmuş video yayılıb.
Videodan görünür ki, smartfonun ekranı bütün ön paneli əhatə edir.
Korpus şüşədəndir və metal çərçivəyə malikdir. Cihaz 6 düym ölçülü displeyə (3120×1440 piksel), ikili kameraya (16+16 mp) malikdir və “Snapdragon 845” prosessoru ilə təchiz olunub. Operativ yaddaş həcmi 4-6 Gb, daxili yaddaş 64-128 Gb-dır. Batareyanın tutumu 3000 mAs-dır.
Smartfonun rəsmi təqdimatının nə zaman keçiriləcəyi və satışın nə vaxt başlayacağı məlum deyil.
Video
lent.az