“HMD Global” şirkəti brendin tarixində ikinci flaqmanı olan “Nokia 9” smartfonunu daha da müasirləşdirilmiş əvvəlki versiyası olan “Nokia 8 Pro” ilə birgə təqdim edəcək.
“Gizchina” nəşrinə istinadən bildirilir ki, “Nokia 9” yeni “Snapdragon 845” prosessoru və ekranın altında əl izləri skaneri əldə edəcək.
Bundan öncə bildirilib ki, smartfon “Snapdragon 835” prosessoruna malik olacaq. “Nokia 8 Pro” smartfonunun xüsusiyyətləri məlum deyil.
Gözlənilirdi ki, “HMD Global” şirkəti Barselonada keçiriləcək “Mobile World Congress” sərgisində “Nokia”nın tarixində ikinci “Android” flaqmanını təqdim edəcək. Bunun əvəzinə şirkət “Nokia 8 Sirocco” smartfonunu təqdim edib.
İlkin təxminlərə görə, finlər bu il yeni smartfonlarını təqdim edəcəklər. Təqdimatın dəqiq tarixi və satışa başlanılacağı tarix barədə məlumat verilmir.
lent.az