Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “XX əsrin Norveç hekayələri” kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzindən bildirilib ki, Norveç nəsrinin ümumi mənzərəsini Azərbaycan oxucusuna ilk dəfə təqdim edən kitaba müxtəlif ədəbi nəslin təmsilçiləri – T.Vesos, F.Börnset, A.Myukle, N.Y.Rüd, L.A.Holma, E.Ekland, S.Holmebakk, İ.Svinsos və Y.Qorder kimi görkəmli yazıçıların əsərləri daxil edilib.
Hekayələri Azərbaycan dilinə Yaşar, Güldəstə Nəsib, Fərhad Abdullayev, Etimad Başkeçid və Mahir N.Qarayev tərcümə edib.
Kitabın redaktoru Bəhlul Abbasovdur.
azertag.az