Heydər Əliyev Sarayında “Ələddin” adlı ilk uşaq müziklının premyerası olacaq.
Sarayın mətbuat xidmətindən bildirilib ki, aprelin 15-də təqdim ediləcək müziklın quruluşçu-rejissoru Əməkdar Artist İnarə Babayevadır. Səhnə əsərində populyar estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Hüseyn Abdullayev, Emiliya Yaqubova, Əməkdar Artist Ələkbər Əliyev və digər tanınmış aktyor və müğənnilər çıxış edəcəklər.
Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən əsası isə populyar müğənni və aktyorların ifa edəcəyi bənzərsiz musiqi təkcə balacaların deyil, böyüklərin də ürəyincə olacaq.
azertag.az