Qərbi Kaspi Universiteti “Əmək yarmarkası” keçirəcək
9.3.2018

Martın 10-da Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə “Əmək yarmarkası” keçiriləcək.

Universitetin Əhməd Rəcəbli, 3 ünvanındakı yeni tədris binasında təşkil olunacaq sərgidə müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkətin iştirakı nəzərdə tutulub.

Universitetdən verilən məlumata görə, yarmarkaya SOCAR, “Holcim”, “Təmiz Şəhər” ASC, “Schlumberger Logelko”, Gilan Holding, Ata Holding, “Bakcell”, “Azercell” kimi şirkətlərlə yanaşı, aparıcı banklar, sığorta və turizm şirkətləri və s. də qatılaraq vakansiyalarını təqdim edəcək. Sərgi iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi baxımından əhəmiyyətli olacaq.

Tədbirə AZƏRTAC, “Asan kadr” təşkilatı, İctimai TV, “Lent.az” və “Qafqazinfo.az” informasiya dəstəyi verir.

azertag.az