Qar dənələrinin müdhiş sirri
14.1.2013

Qar dənələrinin qeyri-adi dizaynı və möhtəşəm görünüşü görənləri heyrətə salır. Araşdırmalar nəticəsində məlum olub ki, qar dənələrinin heç biri eyni quruluşda və eyni böyüklükdə deyil.

Qar dənələrinin şəkillərini çəkən alimlər onlar heç birinin bir-birinə oxşamadığını görüblər. Qar kristallarının formaları müxtəlif olsalar da hər biri 6 bucaqlıdır.
Qar dənələri üzərində ilk araşdırmanı amerikalı fotoqraf Cilson Bentli aparmışdı. Onun 50 il ərzində çəkdiyi rəsmlər üzərində araşdırma aparan tədqiqatçılar maraqlı faktla qarşılaşıblar. Belə ki, 50 il ərzində çəkilən şəkillərdən yalnız ikisi bir-birinə bənzəyirmiş. C.Bentli bu günə qədər 6 min qar dənəsinin şəklini çəkib.

Big.az