Azərbaycan quş əti ixrac edəcək
15.3.2018

Azərbaycandan quş ətinin ixracı istiqamətində işlər aparılır.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.

O, həmçinin bildirib ki, yem çatışmazlığı ölkədə quş ətinin istehsalına əsas maneə olaraq qalır: "Quşlar üçün əsas yem olan soya Azərbaycana hələ də Avropa ölkələrindən idxal edilir".

report.az