Bakıda görkəmli bəstəkar Səid Rüstəmovun mahnıları səsləndirilib
15.3.2018

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert proqramı təqdim olunub.

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə Əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Anar Şuşalı, Rəşad İlyasov, Teyyub Aslanov, Zöhrə Abdullayeva, Feyruz Səxavət, Fərid Əliyev, Ehtiram Hüseynov, tanınmış ifaçılar Nadir Qafarzadə, Sərxan Bünyadzadə, Xəyyam Nisanov, Aytən Məhərrəmova, Nurlan Növrəsli, Arzu Əliyeva, İlahə Əfəndiyeva, Sahib İbrahimov, Çinarə Şirin, Taleh Yəhyayev, Günay İmamverdiyeva, aşıq Samirə, aşıq Əli və başqaları iştirak ediblər.

Musiqili gecədə sevilən müğənnilərin ifasında bir-birindən gözəl, qəlbə yatan və unudulmaz mahnılar səsləndirilib.

İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət ediblər.

azertag.az