Gəncə haqqında yeni bir tarixi-publisistik kitab nəşr olunub. “Gəncə. Gəncə yerdəki şəhər” adlı kitabın müəllifi Elcan Orucludur.
“Gəncə. Gəncə yerdəki şəhər” adlı kitabda şəhərin qədim tarixi, mədəniyyəti, abidələri, təbiəti, şəhərin ictimai həyatında rol oynayan görkəmli şəxsiyyətləri haqda məlumatlar yer alıb.
Kitabın müəllifi Elcan Oruclu: “Bu kitabın ərsəyə gətirilməsində şəhər sakinləri, ziyalılar çox kömək oldular. Onlar mənə məlumatlar verdilər. Eyni zamanda tarixi mənbələrdən, arxiv sənədlərindən istifadə elədim. “Gəncə. Gəncə yerdəki şəhər” adlı kitabını açıb oxuyan hər bir kəs, eləcə də qonaqlar Gəncə haqqında kifayət qədər ətraflı məlumat ala bilər”.
Qeyd edək ki, “Gəncə. Gəncə yerdəki şəhər” adlı kitabın ikinci hissəsi də nəşr olunacaq.
Milli.Az