"Əli və Nino" mağazalar şəbəkəsi 2012-ci ildə ən çox satılmış kitabların siyahısını açıqlamışdır
15.1.2013

Azərbaycanda gənclərin kitaba marağı gündən-günə artmaqdadır. Şəhərin müxtəlif yerlərində kitab oxumaqla bağlı aksiyaların keçirilməsi, fləşmoblar, kitab sərgiləri və təqdimatları belə deməyə əsas verir.

Bakının ən böyük kitab mağazaları şəbəkəsi olan “Əli və Nino” 2012-ci ildə ən çox satılmış kitabların siyahısını açıqlamışdır.

Mağazadanbildirmişlər ki, siyahıda həm yerli, həm də dünya ədəbiyyatı nümayəndələrinin kitablarına rast gəlmək mümkündür.

Bunlar Qaraqanın “Mələk”, Frederik Beqbederin “Məhəbbət üç il yaşayır”, Paulo Coelhonun “On bir dəqiqə” və “Kimyagər”, Qurban Səidin “Əli və Nino”, Xalid Hüseyninin “Çərpələng uçuran”, Cecilia Ahernin “P.S. Mən səni sevirəm”, Çingiz Abdullayevin “Ölümü özün seç”, Elif Şafakın “Aşk” və John Kolemanın “Komitet 300” əsərləridir.

AzərTAc