Xətai Sənət Mərkəzində gənc modelyer rəssam Könül İncinin “Könül inciləri” adlı fərdi sərgisi açılıb.
Sərgidə modelyer-rəssamın 30-dək əsəri təqdim olunub.
Sərginin açılışından öncə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elmi şurasının üzvü Samir Sadiqov sərginin əhəmiyyətindən söz açaraq, rəssama yaradıcılıq axtarışında uğurlar arzulayıblar.
Sonra iştirakçılar rəssamın yağlı boya, qrafika, sulu boya və digər texnikaları ilə işləmiş olduğu əsərlərə baxıblar.
azertag.az