Ölkəmizin Qırğızıstandakı səfirliyinin təşəbbüsü ilə Bişkek Milli Akademik Opera və Balet Teatrında görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Aprelin 4-də reallaşacaq gecədə ölkəmizi təmsil edəcək incəsənət ustalarının arasında Azərbaycan Musiqili Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, Əməkdar Artist Nərgiz Kərimova da var.
Bu barədə teatrın mətbuat katibi Fəridə Aslanova məlumat verib.
O qeyd edib ki, N.Kərimova indiyə qədər vokal sənətinin nümayiş olunduğu bir neçə beynəlxalq və respublika səviyyəli layihələrdə uğurla iştirak edib, festival və müsabiqələrin qalibi olub.
azertag.az