Martın 30-da İçərişəhərdə, “Art Tower” qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “Söz” ədəbiyyat layihəsi çərçivəsində növbəti ədəbi-bədii gecə keçiriləcək.
Qoruq İdarəsindən verilən məlumata görə, “Söz” ədəbiyyat layihəsi gənc, istedadlı ədiblərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədi daşıyır.
Ədəbi gecədə gənc şairlər Mehman Rəsulov və Firdovsi Rəsulun əsərləri oxunacaq, həmçinin istedadlı ifaçı Elçin Mövsümov mahnılarını səsləndirəcək.
azertag.az