“Dərs” filmi Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalında
30.3.2018

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 6-cı Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalının müsabiqə mərhələsinə dəvət alıb.

Festival bu ilin mayında Koreya Respublikasının paytaxtı Seul şəhərində keçiriləcək.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib. Ekran işinin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

azertag.az