Növbəti ayın ilk konserti - “Kamana bağlı ömür”
30.3.2018

Aprelin 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Kamana bağlı ömür” adlı konsert proqramı təqdim olunacaq.

Filarmoniyadan bildirilib ki, konsert proqramı tanınmış solistlər Sevinc Sarıyeva (xanəndə), Fəridə Malikova (kamança) və Ramiz Həsənov (tar) iştirakı ilə reallaşacaq.

Konserti Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.

Konsert çərçivəsində xalq mahnıları, muğam və təsniflər səsləndiriləcək.


azertag.az