“Cəsur və Gözəl”, “Medcezir”, “Ufak tefek cinayetler” seriallarının və “Delibal” filminin rejissoru Ali Bilgin Bakıdadır.
Nizami Kino Mərkəzində Ali Bilgin Türkiyənin kino sənayesində, eləcə də teleserial çəkilişi sektorunda baş verən proseslər haqqında öz təcrübəsini bölüşüb, iştirakçıların suallarını cavablandırıb.
Rejissor AF Media İncəsənət Məktəbinin açılışında iştirak etmək üçün dəvət olunub.
azertag.az