Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2018-ci ilin “Qara Qarayev ili” elan olunması münasibətilə Türkiyənin Bursa şəhərində möhtəşəm konsert keçirilib.
Böyük bəstəkarların şöhrətli əsərləri Bursa Bölgə Dövlət Orkestri tərəfində maestro Yalçın Adıgözəlovun dirijorluğunda və soprano Nurdan Kuçukekmekçinin ifasında səslənib.
Konsertdən sonra Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı təşkilatın diplomlarını ifaçılara təqdim edib.
Görkəmli alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayev böyük əməyi və fitri istedadı sayəsində sənətin zirvələrini fəth edib. TÜRKSOY-un təşkilatçılığı ilə fevralın 14-də Ankara şəhərində “Qara Qarayev ili”nin açılışı münasibətilə təntənəli mərasim keçirilib.
azertag.az