“Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın paytaxtı Bakı haqqında özbək dilində bölmə istifadəyə verilib.
Bölmədə Bakının tarixi, coğrafiyası, iqlimi, əhalisi, memarlıq abidələri, turizm potensialı, park və bağları, müasir inkişafı haqqında geniş məlumat verilir.
“Wikipedia”da Bakı haqqında özbək dilində bölmənin istifadəyə verilməsi ölkəmizin təbliği ilə yanaşı, turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində yeni imkanlar açacaq. Layihə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya təminatı ilə həyata keçirilir.
Yeni bölmə ilə bu linkdən tanış olmaq mümkündür: https://uz.wikipedia.org/wiki/Baku
azertag.az